image-ads_n1karobka_mobile
image-img-20260619-wa0021backend

ABDF 7-ci “Yerli Şirkətlərin Tanıtım Sərgisi”ndə iştirak edir – FOTO

Doğru.az xəbər verir ki, Azərbaycan Biznesinin İnkişafı Fondu (ABDF) Bakı Ekspo Mərkəzində keçirilən 7-ci “Yerli Şirkətlərin Tanıtım Sərgisi”nin rəsmi tərəfdaşı qismində çıxış edir.

Fondun stendində ziyarətçilərə investisiya, güzəştli kredit, zəmanət və subsidiya mexanizmləri barədə məlumat verilir. Həmçinin, ABDF nümayəndələri investorlar, dövlət və özəl sektor təmsilçiləri ilə görüşlər keçirərək əməkdaşlıq imkanlarını müzakirə edir.

17–20 iyun tarixlərində KOBİA və “Marsol Group”un birgə təşkilatçılığı ilə keçirilən sərgidə tikinti, qida, İKT, təhsil, sənaye, kənd təsərrüfatı, logistika, tekstil və digər sahələrdə fəaliyyət göstərən 300-dən çox yerli şirkət iştirak edir.

DOĞRU.AZ

image-img-20260619-wa0022


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki