image-92-202-web-jpgbackend

Paytaxtda 92 və 202 nömrəli marşrutların hərəkət sxemi müvəqqəti dəyişdirilir

Paytaxtın Biləcəri qəsəbəsi Asəf Zeynallı küçəsində aidiyyəti qurum tərəfindən aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Dogru.az-a bildirilib ki, məhdudiyyət səbəbindən iyulun 30-dan təmir-bərpa işləri yekunlaşanadək 202 nömrəli marşrutun son dayanacaq məntəqəsi Asəf Zeynallı küçəsində 94 nömrəli transformator yarımstansiyası yaxınlığına təşkil ediləcək. 92 nömrəli marşrut isə Asəf Zeynallı – Yurd Yeri – Maralan – Yaşar Sadıqov küçələri ilə hərəkət edəcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki