İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin sədri İbrahim Əzizi Ukraynaya sərt xəbərdarlıq edib.
Doğru.az xəbər verir ki, İbrahim Əzizi X sosial şəbəkəsində paylaşdığı açıqlamada Ukrayna hakimiyyətinin Xəzər dənizində gəmiyə zərbə endirilməsinə icazə verməklə yanlış addım atdığını bildirib.
Onun sözlərinə görə, İslam Respublikasına qarşı edilən istənilən hücumun cavabı olur və bu prinsip dəyişməz olaraq qalır.
“Ukrayna da tezliklə İranın heç bir hərəkəti cavabsız qoymadığını anlaya bilər. Səhv hesablayanların siyahısı artmaqda davam edir”, – deyə Əzizi vurğulayıb.
Qeyd edək ki, bundan əvvəl İranın Rusiyadakı səfiri Kazem Cəlali Xəzər dənizində bir iranlı dənizçinin həlak olması ilə bağlı Tehranın Ukraynaya cavab vermək hüququna malik olduğunu bildirmişdi.
DOĞRU.AZ
























