Bu həftənin bürc proqnozları ilə qarşınızdayıq! Gəlin, növbəti həftə ərzində bürcünüzün sizə nə vəd etdiyini və ötürdüyü mesajları birlikdə kəşf edək!
Bütün bürclər üçün ulduz falını təqdim edirik:
Qoç
Həftə ərzində ev, ailə və daşınmaz əmlak məsələləri ön planda olacaq. Bu ay evinizdə nizam-intizam yaratmaq və daxili hüzur tapmaq üçün əla fürsətdir. Lakin ailə daxilində köhnə incikliklər yenidən alovlana bilər, sözlərinizə diqqət edin. Həftə sonu diplomatik gedişlər sizə uğur qazandıracaq.
Uğurlu gün: 14 iyul
Uğursu gün: 17 iyul
Buğa
Kifayət qədər zəhmət tələb edən və iş yükü ağır olan bir dövrdür. Yaxın ətrafınız, bacı-qardaşlarınızla bağlı mövzular ön plana çıxa bilər. Həftənin ilk günləri riskli addımlardan və böyük alış-verişlərdən uzaq durmalısınız. Cümə günündən etibarən ailədən gələn dəstək sizi rahatladacaq.
Uğurlu gün: 18 iyul
Uğursuz gün: 13 iyul
Əkizlər
Diqqətiniz tamamilə maddi durumunuzda və gəlirlərinizdə olacaq. Qazanc qapıları üçün yeni ideyalar yarana bilər, lakin yeni müqavilələrə imza atmadan öncə sənədləri iki dəfə yoxlayın. Borc və ya gecikmiş ödənişlər problem həllini tapa bilər.
Uğurlu gün: 14 iyul
Uğursuz gün: 16 iyul
Xərçəng
Həftənin qəhrəmanı sizsiniz! Şəxsi imiciniz, xarici görünüşünüz və hədəfləriniz yenilənəcək. Nostalgiyadan qaçın. Köhnə sevgililər qapını döysə, dərindən düşünün.
Uğurlu gün: 15 iyul
Uğursuz günl: 19 iyul
Şir
Bu həftə sizin üçün bir az dincəlmə və geri çəkilmə dövrüdür. Sirləri üzə çıxara bilər, intuisiyanız çox güclü olacaq. Daxili bir nikbinlik tapacaqsınız. Şou nümayiş etdirmək əvəzinə, növbəti addımlarınızı planlaşdırmaq üçün ideal zamandır. Sağlamlığınıza və yuxu rejimizə diqqət edin.
Uğurlu gün: 15 iyul
Uğursuz gün: 14 iyul
Qız
Sosial çevrəniz, dostlarınız və gələcək planlarınız bu həftənin əsas mövzusudur. Köhnə dostlarla qarşılaşa və ya yarımçıq qalmış sosial layihələrə qayıda bilərsiniz. İş mühitində bəzi problemlər yarana bilər, lakin soyuqqanlılığınızı qorusanız, həftə sonuna doğru hər şeyi öz xeyrinizə həll edəcəksiniz.
Uğurlu gün: 17 iyul
Uğursuz gün: 13 iyul
Tərəzi
Karyera və cəmiyyətdəki statusunuzla bağlı mühüm yeniliklər gözlənilir. Yeni təkliflər və ya layihələr ola bilər. Keçmişdə müraciət etdiyiniz işlə bağlı cavab almağınız mümkündür. Həftə sonu şəxsi münasibətlərinizdə harmoniya və romantika hakim olacaq.
Uğurlu gün: 14 iyul
Uğursuz günl: 17 iyul
Əqrəb
Dünyagörüşünüzün dəyişdiyi, bəlkə də uzaq səfərlər və ya təhsil məsələlərinin gündəmə gəldiyi bir həftədir. Planlarınızda və ya sənədləşmələrdə xırda ləngimələr yarana bilər, hazırlıqlı olun. Daxili aləminizdə böyük transformasiya gedir; bəzi dəyərlərinizi yenidən nəzərdən keçirəcəksiniz.
Uğurlu gün: 16 iyul
Uğursuz gün: 19 iyul
Oxatan
Maliyyə, ortaq qazanclar, kreditlər və ya miras məsələləri ön plandadır. Büdcənizi yenidən qurmaq üçün yaxşı bəhanədir. Borc vermək və ya böyük borc götürmək üçün uyğun zaman deyil. Kreativ ideyalarınız həftənin ortasında sizə uğur qazandıra bilər.
Uğurlu gün: 15 iyul
Uğursuz gün: 13 iyul
Oğlaq
Bu həftə diqqət mərkəziniz tamamilə ikili münasibətlər, evlilik və ya şəriklik mövzuları olacaq. Qarşı tərəflə aranızda olan köhnə problemləri həll etmək və emosional bağları gücləndirmək üçün şansınız var. Tərəfdaşınızın söhbətlərini dinləməyə çalışın, iddialı olmaqdan qaçın.
Uğurlu günlər: 17 iyul
Uğursuz gün:16 iyul
Dolça
Gündəlik iş rejimi, sağlamlıq və ev heyvanları ilə bağlı mövzular aktivləşəcək. Köhnə layihələri redaktə etmək və nizama salmaq üçün əla həftədir. Yeni pəhrizə və ya idmana başlamaq istəyirsinizsə, bu ayın enerjisindən istifadə edin. Həftə sonu yaxın dostlarla vaxt keçirmək sizə yaxşı təsir edəcək.
Uğurlu günl: 19 iyul
Uğursuz gün: 14 iyul
Balıqlar
Sevgi, yaradıcılıq və uşaqlarla bağlı məsələlər həftənin əsas mözvuları olacaq.. İntuisiyanız pik nöqtədədir, daxili səsinizə mütləq qulaq asın. Həftə sonu kompromisə getmək işlərinizi asanlaşdıracaq.
Uğurlu gün: 14 iyul
Uğursuz gün: 19 iyul
DOĞRU.AZ
























