Bu gün İsrail ən böyük dostlarından birini itirib.
Doğru.az Axar.az-a istinadən xəbər verir ki, bunu İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir özünün X səhifəsində yazıb.
“Senator Lindsi Qrehem asan olduğuna görə deyil, haqlı olduğuna inandığı üçün İsrailin yanında idi. Onun sarsılmaz dəstəyi, cəsarəti və mənəvi aydınlığı milyonlarla israilli tərəfindən heyranlıqla qarşılandı”, – o bildirib.
Qeyd edək ki, amerikalı respublikaçı senator Lindsi Qrehem 71 yaşında ölüb.
DOĞRU.AZ
























