image-ads_n1karobka_mobile
image-wp-891cd8a401d7-nocomment-fa342d6fe99531469c3396a5799a3d36-3wsczmtafon7u6rexbackend

Ermənistanda iki komissiya sədri və bir katib saxlanıldı

Ermənistanda start götürən parlament seçkiləri ilk saatlardan etibarən ciddi qanun pozuntuları və həbslərlə müşayiət olunmağa başlayıb. Ölkənin bir sıra seçki məntəqələrində komissiya üzvlərinin işə gəlmədiyi, rəhbər heyətin isə gecə saatlarında xüsusi əməliyyatla saxlanıldığı məlum olub.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Ermənistanın Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Vaahn Ovakimyan rəsmi açıqlama verib.

MSK sədrinin sözlərinə görə, ölkə miqyasında seçki məntəqələri qapılarını seçicilərin üzünə açarkən ümumi mənzərədə ciddi çatışmazlıqlar qeydə alınıb: “Məntəqələr açılan zaman mövcud olan 2005 seçki məntəqəsindən 48-də ümumilikdə 50 komissiya üzvü yerində olmayıb. Üç fərqli məntəqədə isə rəhbər heyət işə çıxmayıb. Belə ki, iki məntəqə sədri və bir katib gecə saatlarında hüquq-mühafizə orqanları tərəfindən saxlanılıblar”.

Komissiya rəhbərlərinin konkret olaraq hansı səbəbdən və hansı ittihamlarla saxlanıldığı barədə hələlik geniş təfərrüat verilməsə də, hadisənin səsvermənin gedişatına təsir göstərməməsi üçün dərhal operativ tədbirlərin görüldüyü bildirilir.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki