image-ads_n1karobka_mobile
image-toy3_1778661622backend

Beynəlxalq tədbirə görə iyulda bu ərazilərdə toylara qadağa qoyuldu

Ankara Valiliyi iyul ayında keçiriləcək NATO Sammiti ilə əlaqədar təhlükəsizlik tədbirləri çərçivəsində paytaxtın 9 rayonunda toy, konsert və məzuniyyət mərasimləri də daxil olmaqla kütləvi tədbirlərin keçirilməsini qadağan edib.

Manset.az-ın Türkiyə mediasına istinadən əldə etdiyi məlumata görə, Ankara Valiliyinin yaydığı rəsmi sərəncamda bildirilib ki, iyulun 7-8-də şəhərdə təşkil olunacaq NATO-ya üzv dövlətlərin dövlət və hökumət başçılarının sammiti ilə əlaqədar təhlükəsizlik tədbirləri gücləndirilib. Qərara əsasən, sammit dövründə paytaxt üzrə asayişin qorunması məqsədilə ən yüksək səviyyədə təhlükəsizlik rejimi tətbiq olunacaq.

Sərəncama uyğun olaraq Altındağ, Çankaya, Etimesgut, Gölbaşı, Keçiören, Mamak, Pursaklar, Sincan və Yenimahalle rayonlarında iyulun 6-dan 12-dək bir sıra məhdudiyyətlər qüvvədə olacaq.

Müəyyən edilmiş müddət ərzində imtahanlar, simpoziumlar, panel müzakirələri, məzuniyyət mərasimləri, şənliklər, konsertlər, əyləncə proqramları və ictimaiyyət üçün açıq olan digər kütləvi tədbirlərin keçirilməsi qadağan edilib.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki