image-1547774_1783848652backend

Dörd günlük matəm ELAN OLUNDU – Bu ölkədə

Qətərdə keçmiş əmir Şeyx Həməd bin Xəlifə Al Taninin vəfatı ilə əlaqədar iyulun 12-dən etibarən dörd günlük ümummilli matəm elan olunub.

Ajans.az xəbər verir ki, bu barədə Qətər əmirinin dəftərxanası məlumat yayıb.

Məlumata görə, matəm günlərində dövlət bayraqları yarıyadək endiriləcək, iyulun 13-dən isə nazirliklər və digər dövlət qurumlarının fəaliyyəti müvəqqəti dayandırılacaq. Dövlət qulluqçuları iyulun 19-da işə qayıdacaqlar.

Qeyd edək ki, Şeyx Həməd bin Xəlifə Al Tani 74 yaşında vəfat edib. O, 1995-2013-cü illərdə Qətərə rəhbərlik edib və 2013-cü ildə hakimiyyəti oğlu, indiki əmir Şeyx Təmim bin Həməd Al Taniyə təhvil verib.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki