image-ads_n1karobka_mobile
image-5b68192b4cc519a1backend

Bakıda partlayışda yaralanan ər-arvad xəstəxanada öldülər

Bakıda baş verən partlayışda xəsarət alan ər-arvad dünyasını dəyişiblər.

Sfera.az xəbər verir ki, partlayış nəticəsində xəsarət alan 1984-cü il təvəllüdlü Pərvin İsrafilov və onun həyat yoldaşı 1990-cı il təvəllüdlü Arzu İsrafilova xəstəxanada vəfat ediblər.

Hadisə ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) oxu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, iyulun 4-də Bakı şəhəri, Yasamal rayonu, Ümid Əkbərov küçəsində yerləşən yaşayış evində partlayış hadisəsi baş verməsi ilə əlaqədar xəsarət alan şəxslərdən 2011-ci il təvəllüdlü yeniyetmənin müalicəsi Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzində davam etdirilir, vəziyyəti orta ağır qiymətləndirilir.

“Aparılan reanimasiya tədbirlərinə və həkimlərin səylərinə baxmayaraq 1984-cü il təvəllüdlü kişinin və 1990-cı il təvəllüdlü qadının bioloji ölüm faktı qeydə alınıb”, – deyə TƏBİB-dən bildirilib.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki