image-ads_n1karobka_mobile
image-1783713423514-3feceffd876e-1000835079backend

Bayram Səfərovun bacısına vəzifə verildi

Kəmalə Səfərova Şuşa Müalicə-Sağlamlıq Mərkəzinin baş direktoru vəzifəsinə təyin olunub.

Doğru.az xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb.

Kəmalə Səfərova uzun illər Bakının Yasamal rayonunda fəaliyyət göstərən Şuşa Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsində çalışıb. O, ötən ilin may ayında istifadəyə verilən Şuşa Müalicə-Sağlamlıq Mərkəzinə rəhbərlik etmək üçün fəaliyyətini bundan sonra Şuşa şəhərində davam etdirəcək. pizza

Bakıda fəaliyyət göstərən Şuşa Rayon Mərkəzi Xəstəxanasına isə müəssisənin baş həkimi Mətanət Bünyadova rəhbərlik edəcək.

K.Səfərova Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərovun bacısıdır.//Qaynarinfo

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki