image-ads_n1karobka_mobile
image-wp-5930f295006e-nocomment-0297809278e095619da0eca7c4ac251f-oqvc8940m6b1salxpbackend

Yeni Klinika ilə bağlı elə bir xəbər yayıldı ki… – Anar Qurbanov HƏDƏFDƏ

“Yeni Klinika”da çalışan bir qrup tibb işçisi əmək haqlarının ödənilməsində yaranmış ciddi gecikmələr barədə müraciət edib.

Tibb heyətinin NOCOMMENT.az redaksiyasına verdiyi məlumata görə, klinikada çalışan həkimlərin və digər personalın maaşlarının ödənilməsi artıq 14 gündür ki, heç bir rəsmi izahat verilmədən gecikdirilir. Bu vəziyyət gündəlik fəaliyyətini yüksək risk altında davam etdirən tibb işçilərinin sosial rifahına mənfi təsir göstərməklə yanaşı, kollektiv daxilində ciddi narazılığa və suallara yol açıb. Redaksiyamıza daxil olan müraciətdə bildirilir ki, maliyyə öhdəliklərinin vaxtında yerinə yetirilməməsi işçilərin bank öhdəlikləri və digər zəruri xərcləri qarşısında onları çətin vəziyyətdə qoyub.

Qeyd edək ki, ötən ay TƏBİB-in İcraçı direktoru vəzifəsinə Anar Bayramov təyin edilib və o, fəaliyyətə başlayan kimi bir çox tibb mərkəzlərində struktur dəyişiklikləri və yeni təyinatlar həyata keçirib. Lakin görünür ki, tibb sahəsində illərdir müzakirə olunan maaş gecikməsi “ənənəsi” rəhbərlikdəki bu dəyişikliklərdən sonra da aradan qaldırılmayıb və yeni təyin olunmuş direktorun idarəçilik dövründə də eyni problemlər davam etməkdədir. Bu xroniki halın ölkənin ən müasir tibb müəssisələrindən biri hesab olunan “Yeni Klinika”da yaşanması idarəetmə və maliyyə planlamasındakı boşluqları yenidən gündəmə gətirir.

NOCOMMENT.az olaraq məsələyə aydınlıq gətirilməsi üçün müvafiq qurumlara rəsmi sorğu ünvanlamışıq. Sorğumuzda 14 günlük gecikmənin konkret səbəbləri, ödənişlərin həyata keçirilməsi üçün görülən tədbirlər və maaşların tam şəkildə veriləcəyi dəqiq tarix barədə məlumat tələb olunur. Eyni zamanda, bu texniki problemin klinikanın daxili büdcəsi ilə, yoxsa maliyyələşdirici orqanların fəaliyyəti ilə bağlı olduğu suallarına cavab gözlənilir. Tibb işçilərinin əməyinin qiymətləndirilməsi və onların hüquqlarının qorunması məqsədilə mövzunu diqqətdə saxlayırıq və qarşı tərəfin rəsmi mövqeyini olduğu kimi dərc etməyə hazırıq.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki