Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları külli miqdarda narkotik vasitənin qanunsuz dövriyyəsinin qarşısını alıb.
Doğru.az xəbər verir ki, bu barədə DİN məlumat yayıb.
Bildirilib ki, avqustun 7-də polisin keçirdiyi əməliyyat zamanı 65,7 kiloqrama yaxın narkotik maddə və 1500 ədəd güclü təsirə malik metadon həbi tapılaraq götürülüb.
Həmçinin, ötən gün polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində yabanı halda bitmiş 12 200 ədəd çətənə kolu aşkar edilərək məhv edilib.
Qeyd edilib ki, narkotiklərə qarşı mübarizə tədbirləri hazırda da davam etdirilir.
DOĞRU.AZ
























