Gəncədə kütləvi dava ölümlə nəticələnib.
Doğru.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə şəhərdə fəaliyyət göstərən restoranlardan birinin qarşısında baş verib.
Dava zamanı 1983-cü il təvəllüdlü Azər Yusifov bıçaqlanıb. O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Hadisə zamanı daha üç nəfər – 1995-ci il təvəllüdlü Rahub Bayramlı, 1998-ci il təvəllüdlü Tural İlyasov və həmyaşıdı Azamat Peşerskiy bıçaq xəsarətləri alıblar. Yaralılar Gəncədə yerləşən xəstəxanalardan birinə çatdırılıblar.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
DOĞRU.AZ
























