image-whatsapp_image_2025_06_30_at_005032_1786081379backend

Regionda hava soyuyur: yağış, külək, dolu başlayır – Tarix açıqlandı

Son günlər regionda müşahidə olunan isti və quraq havanın yerini tədricən sərin küləklərə verəcəyi gözlənilir.

Doğru.az xəbər verir ki, hava tətbiqi proqramlarında Bakıda növbəti həftənin əvvəlindən temperaturun düşəcəyi qeyd edilir.

Xüsusilə gələn həftənin sonu iki gün yağış yağacağı proqnozlaşdırılır.

Bundan başqa, avqustun ikinci yarısından etibarən regiona soyuq hava kütlələrinin daxil olacağı ehtimal edilir. Rusiya meteoproqnoz mərkəzinin sinoptiklərinin yaydığı məlumata görə, paytaxt Moskvada dolu, yağış yağacaq, intensiv külək əsəcək.

Gürcüstanın dağlıq rayonlarında da leysan, şimşək, dolu və güclü külək müşahidə olunacaq.

Azərbaycanın şimal rayonlarında isə gələn həftə yağış yağacağı gözlənilir.(Globalinfo.az)

IMG 1992

Regionda hava soyuyur: yağış, külək, dolu başlayır – Tarix açıqlandı 2″ style=”max-width: 100%; height: auto; display: block;”>


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki