Bakının Nəsimi rayonunda yerləşən Kəpəz Xəstəxanasında ölümlə nəticələnən hadisə baş verib.
“Doğru.az“-ın “Qafqazinfo”ya istinadən verdiyi məlumata görə , türk əsilli Almaniya vətəndaşı Tulin Turp bir gün əvvəl tibb müəssisəsində plastik əməliyyat keçirdikdən sonra vəfat edib.
Əməliyyatın plastik cərrah Seymur Məmmədov tərəfindən aparıldığı bildirilir. Xəstənin vəziyyəti kəskin şəkildə pisləşdikdən sonra o, dünyasını dəyişib.
Qeyd etmək lazımdır ki, əvvəllər Seymur Mamedovun apardığı əməliyyatlardan sonra daha iki qadının öldüyü bildirilmişdi. Bunlar 1989-cu il təvəllüdlü Nilufər Abdulla və 1991-ci il təvəllüdlü Pərvanə Mirzoyevadır. Mövcud məlumata görə, hər iki qadın Seymur Mamedovun Etalon Klinikasında apardığı əməliyyatlardan sonra dünyasını dəyişib.
DOĞRU.AZ
























