image-ads_n1karobka_mobile
image-c4095bec95588ce9backend

Bakıda sağlamlıq mərkəzinin rəhbəri işçi tərəfindən qətlə yetirildi

İyulun 9-da Nərimanov rayonu A.Gəraybəyli küçəsində yerləşən “SUDU” sağlamlıq mərkəzində orada işləyən Bakı şəhər sakini, 1988-ci il təvəlüldlü Natiq Fətiyev münaqişə zəminində oranın rəhbəri, paytaxt sakini, 1985-ci il təvəlüldlü Babək Rəhimlini döyərək baş nahiyəsinə küt alətlə vuraraq öldürüb.

Doğru.az APA-ya istinadən xəbər verir ki, daha sonra meyit Salyan rayonu Kürsəngi kəndinin ərazisində yerləşən gölün kənarına atıb.

Polis əməkdaşları tərəfindən N.Fətiyev tutulub.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki