image-ads_n1karobka_mobile
image-26720backend

“Neftçi” azarkeşlərinə müjdə – yeni “qol maşını” gəlir

“Neftçi” heyətini gücləndirməkdə davam edir. 

Offsideplus.az xəbər verir ki, “ağ-qaralar” Rikardinyonu transfer etmək niyyətindədir. Hazırda azad agent statusu daşıyan futbolçu son mövsümü “Kayrat”da keçirib.

O, burada 32 oyunda 4 qol vurub və 2 məhsuldar ötürmə etməyi bacarıb.

181 sm boya malik mərkəz hücumçusu vinger kimi də oynamağı bacarır.

Braziliyalı karyerası boyunca 183 oyunda 48 dəfə fərqlənib, 13 assist edib.

“Neftçi” ondan başqa Freddi Varqas keçidini də bitirmək üzrədir. Venesuelalı futbolçunun yaxın günlərdə yenidən “ağ-qaralar”a qoşulacağı gözlənilir.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki