image-ads_n1karobka_mobile
image-17770982376045322099_1200x630backend

Premyer Liqada XXIX tura start verilir

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXIX turun ilk oyunları keçiriləcək.

Doğru.az xəbər verir ki, günün açılış matçında “İmişli” komandası “Sumqayıt”ı qəbul edəcək. Qarşılaşma Quba Olimpiya İdman Kompleksində saat 16:00-da start götürəcək. Qonaqlar 35 xalla 7-ci, nominal meydan sahibləri isə 29 xalla 9-cu pillədə qərarlaşıb.

Günün ikinci oyununda isə “Qəbələ” öz meydanında “Araz-Naxçıvan”la üz-üzə gələcək. Matç saat 18:30-da başlayacaq. Naxçıvan təmsilçisi 39 xalla 6-cı, “Qəbələ” isə 19 xalla 11-ci sıradadır.

Qeyd edək ki, turun son görüşləri aprelin 27-də keçiriləcək.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki