Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXVII tura yekun vurulacaq.
Doğru.az xəbər verir ki, son oyun günündə iki qarşılaşma baş tutacaq.
Günün ilk matçında “Qəbələ” saat 15:30-da öz meydanında “İmişli”ni qəbul edəcək. Tur isə Tovuz şəhər stadionunda keçiriləcək “Turan Tovuz” – “Sumqayıt” oyunu ilə başa çatacaq. Bu görüş saat 18:00-da start götürəcək.
Qeyd edək ki, turun əvvəlki qarşılaşmalarında “Karvan-Yevlax” “Kəpəz”i 4:1 hesabı ilə məğlub edib, “Neftçi” “Araz-Naxçıvan” üzərində 2:1 hesablı qələbə qazanıb. “Sabah” – “Zirə” matçı 2:2, “Şamaxı” – “Qarabağ” oyunu isə 0:0 hesabı ilə yekunlaşıb.
DOĞRU.AZ

























