“Qarabağ”ın futbolçusu Sami Mmae heyətdən uzaqlaşdırılıb.
Oxu.az xəbər verir ki, 28 yaşlı müdafiəçi əvəzedici komandaya göndərilib.
Bu xəbəri Ağdam təmsilçisinin Kommunikasiya departamentinin rəhbəri Anar Hacıyev də təsdiqləyib.
Qeyd edək ki, S. Mmae icarə əsasında “Qarabağ”da çıxış edir. O, müqavilə Zaqreb “Dinamo”suna məxsusdur.
DOĞRU.AZ


























