Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXVIII turun ilk qarşılaşmaları keçiriləcək.
Doğru.az xəbər verir ki, turun açılış matçında Turan Tovuz klubu Araz-Naxçıvan ilə üz-üzə gələcək. Sumqayıtdakı “SOCAR Polymer Arena”da baş tutacaq görüş saat 17:00-da başlayacaq. Tovuz təmsilçisi 52 xalla üçüncü, Naxçıvan klubu isə 39 xalla altıncı pillədə qərarlaşıb.
Günün ikinci matçında isə Neftçi səfərdə Zirənin qonağı olacaq. “Zirə” İdman Kompleksinin stadionunda keçiriləcək qarşılaşma saat 19:30-da start götürəcək. “Ağ-qaralar” 43 xalla beşinci, “qartallar” isə 44 xalla dördüncü sıradadır.
XXVIII tura aprelin 19-da yekun vurulacaq.
DOĞRU.AZ

























