image-ads_n1karobka_mobile
image-img_5259backend

Tünzalə Ağayeva açıq havada möhtəşəm konsert verdi – FOTO/VİDEO

Birinci Türkoloji Qurultayının 100 illiyinə həsr olunan “Türk dünyası həftəsi” çərçivəsində Dənizkənarı Milli Parkda möhtəşəm konsert proqramı təşkil olunub.

Doğru.az xəbər verir ki, Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən musiqi axşamında tanınmış incəsənət nümayəndələri çıxış ediblər. Gecənin ən yaddaqalan anları isə Xalq artisti Tünzalə Ağayevanın səhnəyə çıxışı ilə yaşanıb.

Sevilən sənətçi dillər əzbəri hitlərini səsləndirərək tamaşaçılara unudulmaz anlar yaşadıb. Tünzalə Ağayeva səhnədən enərək izləyicilərin arasına qatılıb, onlarla birlikdə mahnılar oxuyub, xatirə fotoları çəkdirib və səmimi ünsiyyət qurub.

Musiqi axşamı böyük coşqu ilə qarşılanan “Mən Azərbaycanlıyam” mahnısı ilə yekunlaşıb.

DOĞRU.AZ

image-img_5260


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki