Tanınmış təşkilatçı Eyyub Hüseynzadə növbəti uğurlu layihəsini həyata keçirib. Onun təşkilatçılığı ilə məşhur türk müğənni və aktyor Özcan Deniz Bakıya səfər edib.
Doğru.az xəbər verir ki, bu, təşkilatçının sənətçi ilə sayca dördüncü əməkdaşlığıdır. Daha əvvəl də onun dəvəti ilə paytaxtda konsert proqramları ilə çıxış edən ifaçı bu dəfə də böyük maraqla qarşılanıb. Müğənninin səfəri musiqisevərlər arasında xüsusi diqqət çəkib və canlı ifaları izləmək üçün minlərlə tamaşaçı bir araya gəlib.
Konsert proqramı Bakı Konqres Mərkəzi səhnəsində baş tutub. Sənətçi gecə boyunca həm köhnə hitlərini, həm də yeni repertuarını təqdim edərək pərəstişkarlarına unudulmaz anlar yaşadıb. Konsert zamanı tamaşaçılarla səmimi ünsiyyət quran ifaçı Bakıda gördüyü sevgi və dəstəyə görə minnətdarlığını bildirib.
Zalın tam dolu olması sənətçiyə olan marağın və sevginin daha bir göstəricisi kimi qiymətləndirilib.
DOĞRU.AZ


























