Xalq artisti Tünzalə Ağayeva növbəti dəfə pərəstişkarlarını sevindirib.
Doğru.az xəbər verir ki, pop ulduz yeni musiqili layihəsini təqdim edib. “Yenidən başlayaq” adlanan mahnının musiqisi ifaçının özünə, sözləri isə Zaur Zeynalov məxsusdur. Mahnıda klarnet parçasını Pərviz Əlikramoğlu ifa edib, layihənin miks və masterinqi isə Emin Karima tərəfindən həyata keçirilib.
Şou-biznesin əfsanəsi yeni mahnı üçün klip də çəkdirib. Səmimi ab-havada lentə alınan görüntülərin rejissoru Pərviz Əzim-zadə olub. Klipdə ifaçının imici xüsusi maraqla qarşılanıb: saç və makiyaj Sabir Bağırov, geyimlər isə dünyaca məşhur dizayner Orxan Sultan imzası daşıyır.
Layihənin direktoru Yalçın Cabbarovdur. Qeyd edək ki, “Yenidən başlayaq” artıq bütün musiqi və rəqəmsal platformalarda yayımlanır.
DOĞRU.AZ

























