Qeyri-Maddi Mədəni İrsin Təbliği İctimai Birliyi Azərbaycan mədəniyyətinin öyrənilməsi və təbliğinə böyük töhfələr vermiş sənətşünas, professor Afət Rüstəmbəyovanın elmi və ictimai fəaliyyətini yüksək qiymətləndirir.
Uzun illər ərzində Azərbaycan xalq sənəti, dekorativ-tətbiqi sənət, milli sənətkarlıq ənənələri və qeyri-maddi mədəni irsin araşdırılması istiqamətində apardığı tədqiqatlar milli irsimizin qorunması və gələcək nəsillərə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır.
Professor Afət Rüstəmbəyovanın elmi irsi, zəngin təcrübəsi və mədəniyyətimizin inkişafına verdiyi töhfələr ölkəmizin mədəni həyatında xüsusi yer tutur.
DOĞRU.AZ
























