Mədəniyyət naziri Adil Kərimlinin vətəndaşlarla növbəti görüşü aprelin 17-də Ağdam şəhərində baş tutub. Görüş ötən il istifadəyə verilmiş Ağdam Muğam Mərkəzində təşkil olunub.
Doğru.az xəbər verir ki, tədbirdə Ağdam, Füzuli və Xocavənd rayonlarından vətəndaşlar iştirak ediblər.
Sakinlər məşğulluq, mədəniyyət sahəsinə aid təşəbbüslər və digər məsələlərlə bağlı müraciətlərini nazirin diqqətinə çatdırıblar. Nazir qaldırılan bütün məsələlərin operativ araşdırılacağını və qanunvericiliyə uyğun həlli üçün müvafiq addımlar atılacağını bildirib.
Qəbulda şəhid ailələri və qazilərin müraciətlərinə xüsusi həssaslıqla yanaşılması ilə bağlı nazirliyin məsul əməkdaşlarına tapşırıqlar verilib.
DOĞRU.AZ

























