İranın turizm naziri Rza Salehi-Əmiri bildirib ki, İranla münaqişə zamanı ABŞ və İsrail ölkənin tarixi abidələrinə milyonlarla dollar ziyan vurub.
Doğru.az xəbər verir ki, IRIB telekanalının yaydığı məlumata görə, nazir ziyanın 7,5 trilyon İran tüməni (təxminən 57,7 milyon dollar) olduğunu açıqlayıb. Bildirilib ki, ümumilikdə 20 əyalətdə yerləşən 140 tarixi obyekt zərər görüb.
Məlumata əsasən, ziyan görən abidələrin 63-ü Tehran, 23-ü İsfahan, 12-si isə Kürdüstan əyaləti ərazisində yerləşir. Daha əvvəl Fars Xəbər Agentliyi bu ziyanın yaradılan investisiya fondu hesabına qarşılanacağını bildirmişdi.
DOĞRU.AZ

























