image-ads_n1karobka_mobile
image-vefat1_1773305856backend

Azərbaycanın tanınmış Xalq artisti vəfat etdi – FOTO

Azərbaycan mədəniyyətinə ağır itki üz verib.

Doğru.az xəbər verir ki, görkəmli baletmeyster, Xalq artisti Maqsud Məmmədov 13 aprel 2026-cı ildə, 97 yaşında vəfat edib.

1929-cu ildə Gəncədə anadan olan sənətkar Bakı Xoreoqrafiya Məktəbində təhsil alıb, daha sonra Moskvada xoreoqrafiya təhsilini tamamlayıb. 1951-ci ildən fəaliyyətini Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı ilə bağlayan Maqsud Məmmədov bir çox məşhur baletlərdə əsas partiyaları ifa edərək böyük şöhrət qazanıb.

O, həyat yoldaşı – Xalq artisti Rəfiqə Axundova ilə birgə bir sıra məşhur balet tamaşalarına quruluş verib və milli xoreoqrafiya sənətinin inkişafına mühüm töhfələr verib.

Sənətkar uzun illər ərzində bir çox ölkələrdə çalışaraq Azərbaycan balet məktəbini beynəlxalq səviyyədə təbliğ edib. O, “Əməkdar artist” və “Xalq artisti” fəxri adlarına, eləcə də “Şöhrət” ordeninə layiq görülmüşdü.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib.

DOĞRU.AZ

image-whatsapp_image_2026_04_13_at_172633_1_1776087103


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki