image-ads_n1karobka_mobile
image-20260609_144620backend

Marivana qarşısında biabırçılıq: Brend ad, bərbad xidmət?

Bakının mərkəzində, Zərifə Əliyeva küçəsində yerləşən Marivana restoranının ətrafında yaranan vəziyyət vətəndaşların ciddi narazılığına səbəb olur.

Adı və imici ilə özünü nüfuzlu məkan kimi təqdim edən restoranın qarşısında avtomobillərin nizamsız şəkildə yolun hərəkət hissəsində saxlanılması, mövcud dayanacaq imkanlarından səmərəli istifadə olunmaması şəhər sakinlərinin haqlı etirazına səbəb olur.

Şəhərin ən prestijli küçələrindən birində yerləşən obyektin ətrafında müşahidə olunan bu mənzərə həm sürücülər, həm də piyadalar üçün narahatlıq yaradır. Vətəndaşlar bildirirlər ki, belə bir məkanda xidmət və təşkilatçılıq daha yüksək səviyyədə olmalı olduğu halda, əksinə, xaotik vəziyyət hökm sürür.

Paytaxtın mərkəzində bu cür mənzərənin yaranması Bakı şəhərinin ümumi görünüşünə və nüfuzuna da mənfi təsir göstərir. Brend ad daşımaq təkcə reklam deyil, həm də məsuliyyət deməkdir. Müştərilərin rahatlığına və şəhər qaydalarına hörmət göstərilmədiyi təqdirdə, ən məşhur ad belə öz dəyərini itirə bilər.

Sakinlər aidiyyəti qurumları məsələyə diqqət yetirməyə və yaranmış vəziyyətin aradan qaldırılması üçün tədbirlər görməyə çağırırlar.

DOĞRU.AZ

image-20260609_144705image-20260609_144639


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki