image-ads_n1karobka_mobile
image-azerbaycanda-qabaqcil-su-idareetme-ve-su-olcme-texnologiyasi-ilk-defe-olaraq-agstafa-rayonunda-q-1backend

Azərbaycanda ilk dəfə qabaqcıl su idarəetmə texnologiyası tətbiq olundu – FOTO

Ağstafa rayonunda qabaqcıl su idarəetmə və su ölçmə texnologiyası ilk dəfə olaraq istifadəyə verilib.

Doğru.az xəbər verir ki, layihə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi ilə əməkdaşlıq çərçivəsində Ağstafanın Həsənsu kəndi ərazisində yerləşən kanal üzərində həyata keçirilib.

Açılış mərasimində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədr müavini İlqar Gülməmmədov, Ağstafa Rayon İcra Hakimiyyətinin birinci müavini Müşfiq Hüseynov, Regional Su Meliorasiya Xidmətinin İdarə Heyətinin sədri Zakir Quliyev, Rubicon Water şirkətinin nümayəndələri və kənd sakinləri iştirak ediblər.

Məlumata görə, quraşdırılan sistem 668 hektar kənd təsərrüfatı təyinatlı ərazini əhatə edir və Aşağı Göycəli, Yenigün və Xətai kəndlərinin su təminatına xidmət göstərir.

Layihə çərçivəsində quraşdırılan ultrasonik ölçmə cihazı kanaldan keçən suyun həcmini real vaxt rejimində ölçərək məlumatları rəqəmsal sistemə ötürür. Bu isə su bölgüsündə şəffaflığın artırılmasına, su uçotunun dəqiq aparılmasına və su ehtiyatlarının daha səmərəli idarə olunmasına imkan yaradır.

Qeyd edək ki, yeni texnologiyanın tətbiqi fermerlərin su təminatının daha operativ və ədalətli şəkildə təşkil edilməsinə xidmət edəcək.

DOĞRU.AZ

image-azerbaycanda-qabaqcil-su-idareetme-ve-su-olcme-texnologiyasi-ilk-defe-olaraq-agstafa-rayonunda-q image-azerbaycanda-qabaqcil-su-idareetme-ve-su-olcme-texnologiyasi-ilk-defe-olaraq-agstafa-rayonunda-q-2 image-azerbaycanda-qabaqcil-su-idareetme-ve-su-olcme-texnologiyasi-ilk-defe-olaraq-agstafa-rayonunda-q-3 image-azerbaycanda-qabaqcil-su-idareetme-ve-su-olcme-texnologiyasi-ilk-defe-olaraq-agstafa-rayonunda-q-4 image-azerbaycanda-qabaqcil-su-idareetme-ve-su-olcme-texnologiyasi-ilk-defe-olaraq-agstafa-rayonunda-q-5 image-azerbaycanda-qabaqcil-su-idareetme-ve-su-olcme-texnologiyasi-ilk-defe-olaraq-agstafa-rayonunda-q-6 image-img-20260607-wa0589 image-img-20260607-wa0591


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki