“Qan durulaşdırıcı” dərmanların həkim məsləhəti olmadan istifadəsi ciddi fəsadlara, hətta ölümcül nəticələrə səbəb ola bilər.
Doğru.az xəbər verir ki, mütəxəssislər bu tip preparatların yalnız həkim nəzarəti ilə qəbul edilməli olduğunu bildirirlər. Qan laxtalanmasının qarşısını alan dərmanlar yanlış dozada istifadə edildikdə daxili qanaxma və digər ağır sağlamlıq problemləri yarada bilər.
Xəbərdarlıqda qeyd olunur ki, bir çox insanlar bu dərmanları “profilaktik məqsəd” adı ilə özbaşına istifadə edir ki, bu da ciddi risk yaradır.
Mütəxəssislər vətəndaşlara hər hansı dərmanı qəbul etməzdən əvvəl mütləq həkimə müraciət etməyi tövsiyə edirlər.
Şəha Qardaşova
DOĞRU.AZ

























