Çexiyada lotereya tarixinin rekord uduşu qeydə alınıb.
Doğru.az xəbər verir ki, “Idnes” portalının yaydığı məlumata görə, ölkə sakini lotereyada 2,911 milyard kron — təxminən 120 milyon avro qazanıb.
Bildirilir ki, bu məbləğ Çexiya milli lotereyaları tarixində ən böyük uduş hesab olunur.
Qeyd edək ki, əvvəlki rekord 2015-ci ilin may ayında qeydə alınmışdı. Həmin vaxt bir nəfər 2,47 milyard kron — təxminən 100 milyon avro udmuşdu.
Xatırladaq ki, bundan əvvəl Uzaq Şərq sakinlərindən biri lotereyada 31,5 milyon rubldan çox pul qazanmışdı.
DOĞRU.AZ

























