Liviyanın paytaxtı Tripoli şəhərində futbol matçından sonra iğtişaşlar baş verib.
Doğru.az xəbər verir ki, hadisə barədə Xinhua News Agency məlumat yayıb. Bildirilib ki, azarkeşlərin aqressivliyinə hakimin penalti təyin etməkdən imtina etməsi səbəb olub.
Azarkeşlər meydana daxil olduqdan sonra vəziyyət daha da gərginləşib, stadion yaxınlığında bir neçə avtomobil yandırılıb və iğtişaşlar şəhərin digər ərazilərinə yayılıb. Məlumata görə, iğtişaşçılar Liviyanın Baş nazirinin ofisini də yandırıblar.
Yerli medianın yazdığına görə, hərbçilər izdihamı dağıtmaq üçün döyüş sursatlarından istifadə edib. Atışma nəticəsində bir hərbçi həlak olub, yeddi nəfər yaralanıb.
DOĞRU.AZ

























