image-ads_n1karobka_mobile
image-img-20260610-wa0006backend

Sahil Tahirli “Space” TV-də vəzifəyə təyin olundu

Naxçıvan Televiziyasının sabiq sədri, tanınmış jurnalist Sahil Tahirli “Space” televiziyasında Xəbərlər departamentinin rəhbəri təyin edilib.

Sahil Tahirli uzun illər media sahəsində müxtəlif rəhbər vəzifələrdə çalışıb. O, 13 il Naxçıvan Televiziyasına rəhbərlik edib, həmçinin Naxçıvan Ali Məclisinin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri və Naxçıvan Televiziya və Radio Şurasının sədri vəzifələrini icra edib.

Qeyd edək ki, Sahil Tahirli bundan əvvəl Hədəf Şirkətlər Qrupunda media və ictimaiyyətlə əlaqələr üzrə müşavir vəzifəsində fəaliyyət göstərib. O, media sahəsindəki xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif olunub.

Xatırladaq ki, ötən ay Ayaz Mustafayev “Space” televiziyasına baş direktor təyin edilib. Kanalda yeni rəhbərliyin formalaşdırılması ilə yanaşı, fəaliyyətin müasir media tələblərinə uyğunlaşdırılması istiqamətində yeniliklər davam etdirilir.

İlahə Əliyeva

DOĞRU.AZ 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki