image-238743_hjafl5d9ibbackend

Onları “Qarabağ”la qorxutdular: “Utancverici nəticə ilə pley-offa yüksəldilər”

“Qarabağ”ın Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi “Tvente” Niderland mətbuatında sərt tənqid olunub.

Sportinfo.az xəbər verir ki, buna komandanın 3-cü təsnifat mərhələsində Slovakiyadan DAK-1904 ilə cavab oyunundakı (3:3) çıxışı səbəb olub.

“Utancverici nəticə ilə pley-offa yüksəldilər”

Bu başlıqla məqalə yayan “De Telegraaf” nəşri yazır ki, Enshededə ilk matçda 6:0 hesabı ilə qalib gələn “Tvente”nin baş məşqçisi Con van den Brom cavab görüşünə eksperimental heyət buraxıb.

Niderland təmsilçisi Maks Bruns və Marko Pyatsanın qolları ilə 2:0 önə keçsə də, ikinci hissədə oyunun səviyyəsi kəskin şəkildə aşağı düşüb.

DAK ardıcıl 3 qol vuraraq hesabda önə keçib (qollardan birini bu yay “Qəbələ”dən transfer edilən Prins Ovusu vurub). “Tvente” yalnız uzatma dəqiqələrində rəqib qapıçının səhvindən sonra Pyatsanın qolu ilə məğlubiyyətdən xilas olub – 3:3.

Nəşr komandanın çıxışını “biabırçı” adlandıraraq yazıb: “Tvente”nin oyunu heç nəyə bənzəmirdi”.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki