ABŞ-ın Virciniya ştatının Ettrick şəhərində yerləşən Virginia State University-nin yataqxanalarının yaxınlığında atışma baş verib.
Doğru.az xəbər verir ki, CBS News-un məlumatına görə, hadisə şənbə günü səhər saatlarında baş verib. Atışmada beş nəfər yaralanıb. Universitet ərazisində bir neçə şübhəlinin iştirak etdiyi bildirilir.
Yaralılardan biri ilkin olaraq ağır vəziyyətdə olub, digər dörd nəfər isə həyati təhlükəsi olmayan xəsarətlər alıb. Zərərçəkənlərin hamısı xəstəxanaya çatdırılıb.
Hadisədən sonra universitet şəhərciyində blokada tətbiq edilib. Son məlumata görə, blokada götürülüb, lakin ərazidə gücləndirilmiş polis qüvvələri qalır.
Polis araşdırmanı davam etdirir. Hazırda şübhəlilərin saxlanılması barədə rəsmi məlumat verilməyib.
Virginia State University-də baş verən hadisə yeni tədris ilinin başlamasına bir neçə gün qalmış baş verib.
DOĞRU.AZ

























