Marvel Studios yeni “X-Men” filminin əsas aktyor heyətini açıqlayıb.
Doğru.az xəbər verir ki, bu barədə “The Hollywood Reporter” məlumat yayıb. Elan D23 tədbirində Marvel Studios-un rəhbəri Kevin Feige tərəfindən təqdim olunub.
Filmdə Seydi Sink Cin Qrey, Kit Konnor Skott Samers (Siklop), Kristofer Abbott isə Professor X rolunu canlandıracaq.
Bundan başqa, Samara Weaving Emma Frost, Inde Navarrette Rogue, Maya Boyd Storm obrazlarına həyat verəcək. Aktyor heyətində Adam Driver da yer alır. O, Mister Sinister obrazını canlandıracaq.
Filmin rejissoru “Thunderbolts*” filminə də quruluş verən Ceyk Şrayerdir.
Marvel Studios-un yeni “X-Men” filmi 5 may 2028-ci ildə kinoteatrlarda nümayiş olunacaq.
DOĞRU.AZ

























