image-6a806e2302e8bd32a000901cbackend

Rusiya XİN-dən ABŞ və Türkiyəyə sərt reaksiya – “Pandora qutusu açılır”

Doğru.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyi ABŞ və Türkiyənin Ukraynaya mümkün silah tədarükü planlarına münasibət bildirib.

Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova qeyd edib ki, ABŞ və Türkiyə hakimiyyətlərinin belə bir qərar verərkən nəyi rəhbər tutduğu Moskva üçün aydın deyil.

Zaxarovanın sözlərinə görə, bu cür addımlar Ukraynadakı münaqişənin daha da uzanmasına və yeni insan itkilərinə səbəb ola bilər.

Diplomat bildirib ki, ABŞ və Türkiyə daha əvvəl münaqişənin nizamlanmasında xüsusi rol oynamaq və siyasi-diplomatik həllə üstünlük vermək niyyətlərini bəyan ediblər.

Rusiya XİN həmçinin ABŞ və Türkiyədən Ukraynaya Amerika istehsalı silah və sursatların mümkün tədarükü ilə bağlı açıqlama tələb edib.

Zaxarova əlavə edib ki, Türkiyənin Kiyevə silah tədarükü ilə bağlı addımları sülhməramlı ritorika fonunda tərəflər arasında qarşılıqlı etimadı sarsıdır.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki