Rusiyalı döyüşçü İslam Maxaçev peşəkar MMA karyerasında 29-cu qələbəsini qazanıb.
Doğru.az xəbər verir ki, Maxaçev UFC 330 turnirində irlandiyalı İan Qarri ilə qarşılaşıb və rəqibini məğlub edərək UFC yarımyüngül çəki titulunu qoruyub.
Bu qələbə ilə Maxaçev peşəkar karyerasında 29 qələbəyə çatıb və qələbə sayına görə keçmiş UFC çempionu Həbib Nurməhəmmədovu geridə qoyub.
Maxaçevin aktivində hazırda 29 qələbə və 1 məğlubiyyət var. Həbib Nurməhəmmədov isə peşəkar karyerasını məğlubiyyətsiz – 29 qələbə ilə başa vurub.
Qeyd edək ki, İslam Maxaçev daha əvvəl rusiyalı döyüşçülərin dünyanın ən güclüləri arasında olduğunu bildirib.
DOĞRU.AZ

























