Xəbər verdiyimiz kimi, iyulun 30-da paytaxtın Xətai rayonunda yerləşən “Amay” Ticarət Mərkəzinin dayanacaq hissəsində “Seaside estate” şirkətinin rəhbəri 1991-ci il təvəllüdlü Orxan Yusubov qətlə yetirilib.
Doğru.az xəbər verir ki, mərhumun qardaşı Elcan Yusubovun verdiyi məlumata görə, hadisəni törətməkdə təqsirləndirilən 1987-ci il təvəllüdlü Sabir Camalov onun qardaşının keçmiş işçisi olub. Aralarında narazılıq yaranandan sonra onlar ayrılıblar və təqsirləndirilən şəxs özünə “Sabir Əmlak” adlı şirkətini qurub.
Qətlə yetirilən şirkət rəhbərinin fotolarını əldə edib və oxuculara təqdim edirik: (Unikal)
DOĞRU.AZ






























