Rusiyanın İrandakı səfirliyi öz vətəndaşlarını İrana səfər zamanı foto və video çəkilməkdən çəkinməyə çağırıb.
Doğru.az xəbər verir ki, bu barədə diplomatik missiyanın Telegram kanalında məlumat verilib.
Bəyanatda qeyd olunur:
“Arzuolunmaz insidentlərin qarşısını almaq üçün Rusiya vətəndaşlarına İrana səfər edərkən foto və video çəkməkdən qəti şəkildə çəkinmələri tövsiyə olunur.”
Səfirlik həmçinin rusiyalıları yerli qanunvericiliyə ciddi əməl etməyə, ehtiyatlı və diqqətli davranmağa çağırıb.
Daha əvvəl Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Moskva Qərb ölkələrinin MAQATE-nin Rəhbərlər Şurasında İranla bağlı qətnamə layihəsini təxribat kimi qiymətləndirir.
DOĞRU.AZ




























