image-ads_n1karobka_mobile
image-tramp_4_1767342966backend

Tramp sosial mediada özünü İsa peyğəmbər kimi təqdim edən şəklini paylaşıb

ABŞ prezidenti Donald Trump sosial şəbəkədə diqqət çəkən paylaşım edib.

Doğru.az xəbər verir ki, görüntü Truth Social platformasında yayımlanıb.

Süni intellektlə hazırlanmış şəkildə Tramp ağ tunikdə təsvir olunur və xəstəxana xalatında uzanan şəxsin üzərinə əlini qoyarkən ovuclarından işıq saçır. Kompozisiyada onun ətrafında dua edən əsgər, tibb bacısı və qadın fiqurları yer alır. Arxa planda ABŞ bayrağı, Statue of Liberty, qırıcı təyyarələr və atəşfəşanlıq təsvir edilib.

Xatırladaq ki, Tramp daha əvvəl Pope Leo XIV barədə tənqidi fikirlər səsləndirərək siyasətinə qarşı çıxan bir papaya ehtiyac olmadığını bildirmişdi.

DOĞRU.AZ

image-12b95395fef480e3


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki