Britaniyalı məşhur fotoqraf və fotojurnalist Martin Parr 73 yaşında vəfat edib.
Doğru.az xəbər verir ki, bu məlumat fotoqrafın fondunun rəsmi saytında açıqlanıb.
“Dərin hüznlə bildiririk ki, Martin Parr (1952–2025) 6 dekabr tarixində Bristoldakı evində vəfat edib”, – fondun məlumatında deyilir.
Parrın əsərləri arasında SSRİ-də ilk McDonald’s-ın açılışı zamanı çəkilmiş kadrlar da yer alıb. Fotoqrafın işləri sənət və jurnalistika sahəsində geniş tanınıb və bir çox sərgilərdə nümayiş etdirilib.
DOĞRU.AZ




























