image-ads_n1karobka_mobile
image-img-20260317-wa0048backend

Nərminlə Sahibdən “Etnik irs” fotosessiyası – FOTO

image-add-a-heading

Müğənni Nərmin Kərimbəyova ilə muğam ifaçısı Sahib İbrahimov yenidən bir araya gəlib.

Doğru.az xəbər verir ki, son vaxtlar tez-tez görüşən sənət dostlarını bu dəfə bahar bayramı birləşdirib. Qısa zamanda tamaşaçılar üçün sevilən duet ortaqlarına çevrilən cütlük “Etnik İrs” adlı fotosessiya ilə pərəstişkarlarını sevindirib.

Klassik və milli geyimdə kamera önünə keçən sənətçilər bayram adət-ənənələrinin unudulmamasını tövsiyə ediblər. Sözügedən şəkillər istedadlı fotoqraf Elvin Hacızadə tərəfindən İçərişəhər ərazisində yerləşən etnik məkanda lentə alınıb.

Fotolarda istifadə olunan obrazlar “Natavanbrand” geyimlərindən hazırlanıb. Nərminin obrazı üzərində Esmira Ağazadə, Aynur Fəxrəddinova və Sakinam çalışıb.

Xatırladaq ki, ifaçılar hazırda yeni duet üzərində də işləyir.

DOĞRU.AZ

image-img-20260317-wa0050 image-img-20260317-wa0049  image-img-20260317-wa0052 image-img-20260317-wa0051


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki