image-n1karobka_ads
image-123
image-1690641773_dbackend

Dilvər Nəcəfov beynəlxalq fəxri dərəcə qazandı – FOTO

image-ad_qayo_720x110px

“Gilavar Foto Klubu” İctimai Birliyinin dəstəyi ilə tanınmış fotoqraf Dilvər Nəcəfov Beynəlxalq Foto Sənəti Federasiyasının (FIAP) fəxri dərəcəsinə layiq görülüb.

Doğru.az xəbər verir ki, FIAP, UNESCO tərəfindən tanınan yeganə beynəlxalq fotoqrafiya təşkilatıdır. Bu fəxri ada layiq görülmək üçün fotoqraflar xüsusi qaydalara əməl etməli, dünyanın müxtəlif ölkələrində keçirilən FIAP himayəsindəki fotomüsabiqələrdə iştirak etməli, təqdim etdikləri fotolar bədii və texniki baxımdan yüksək qiymətləndirilməli və mükafatlar qazanmalıdırlar.

Dilvər Nəcəfovun əldə etdiyi bu uğur yalnız onun şəxsi peşəkarlığının deyil, həm də Azərbaycan fotoqrafiyasının beynəlxalq səviyyədə tanınmasının göstəricisidir.

DOĞRU.AZ

image-fb_img_1768307202534

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki