image-6a807be7ae5ac91bdd0943cabackend

İndoneziyada zəlzələ: Ölənlərin sayı 47-yə çatdı – 50 yaralı

İndoneziyada baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 47-yə çatıb, ən azı 50 nəfər isə yaralanıb.

Doğru.az xəbər verir ki, bu barədə İndoneziyanın Milli Fəlakətlərin İdarə Edilməsi Agentliyinə (BNPB) istinadən “The Straits Times” məlumat yayıb.

Məlumata görə, 7,7 maqnitudalı zəlzələ ölkənin şərqində, Flores adası və Şərqi Nusa Tenqara əyaləti yaxınlığında baş verib. Zəlzələ nəticəsində çoxsaylı evlər dağılıb, məktəblərə, səhiyyə müəssisələrinə və digər infrastruktura ciddi ziyan dəyib.

Xilasetmə işləri davam edir. Sürüşmələr yolları bağladığı və rabitədə problemlər yarandığı üçün bəzi yaşayış məntəqələrinə çatmaq çətinləşib. Səlahiyyətlilər ölənlərin sayının arta biləcəyini bildirirlər.

Zəlzələdən sonra sunami xəbərdarlığı da elan edilib, lakin daha sonra xəbərdarlıq ləğv olunub. Ərazidə çoxsaylı afterşoklar qeydə alınıb.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki