Türkiyənin Avropa İttifaqına üzv olması Ankara üçün prioritet deyil.
Doğru.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Əl-Cəzirə”yə müsahibəsində bildirib. Ərdoğan Avropanın Türkiyənin Aİ-yə qoşulmasında maraqlı görünmədiyini deyib.
“Avropa Türkiyənin Avropa İttifaqına qoşulmasında maraqlı görünmür. Aİ-yə qoşulmaq bizim prioritetimiz deyil”, – deyə Türkiyə lideri bildirib.
Ərdoğanın sözlərinə görə, Türkiyənin Aİ üzvü olmamasından itirən tərəf məhz Avropadır.
Qeyd edək ki, Türkiyənin Aİ-yə üzvlük prosesi uzun illərdir faktiki olaraq dalana dirənib. Bununla yanaşı, Ankara son dövrlərdə Avropa ilə təhlükəsizlik, müdafiə və digər strateji sahələrdə əməkdaşlığın əhəmiyyətini vurğulayır.
DOĞRU.AZ

























