image-img-20260815-wa0015backend

Rəvan Qarayevin “Məktub yazıram” adlı ilk solo konserti keçirildi – FOTO/VİDEO

Yaşıl Teatrda müğənni Rəvan Qarayevin “Məktub yazıram” adlı ilk solo konserti keçirilib.

Doğru.az xəbər verir ki, konsert proqramında Rəvan Qarayev repertuarında yer alan məşhur mahnılarını səsləndirib. Sənətçinin ifaları orkestrin müşayiəti ilə təqdim olunub.

Gecənin aparıcısı Əməkdar artist Əkbər Əlizadə olub. Konsertdə müğənni Miro da iştirak edib və səhnəyə çıxaraq öz ifalarını təqdim edib.

Gecənin diqqətçəkən məqamlarından biri Rəvan Qarayevin ailə üzvləri ilə səhnəni bölüşməsi olub. Sənətçi bacısı Həcər Abdullayeva və atası Elşaq Qarayevlə duet ifa edib.

Konsert musiqi nömrələri ilə yanaşı, xüsusi rəqs səhnələri və səhnəciklərlə də zəngin olub. Hər ifa üçün ayrıca səhnə həlli hazırlanıb.

Gecənin ən duyğusal anlarından biri isə Rəvan Qarayevin Milli Qəhrəman Hökümə Əliyevaya həsr etdiyi “Hər şey yaxşı olacaq” əsərini ifa etməsi olub. Konsertdə Milli Qəhrəmanın anası da iştirak edib. Əsərin səsləndirilməsi tamaşaçılar tərəfindən böyük diqqət və duyğu ilə qarşılanıb.

Konsert boyu səmimi ab-hava hökm sürüb. Rəvan Qarayevin tamaşaçılarla birbaşa ünsiyyəti və auditoriyanın ifalara qoşulması gecənin yaddaqalan məqamlarından olub.

Konsertin sonunda sənətçi növbəti solo konserti ilə bağlı anons verib. Onun sözlərinə görə, növbəti konsertin fevralın 23-də Heydər Əliyev Sarayında keçirilməsi planlaşdırılır.

DOĞRU.AZ

image-img-20260815-wa0014 image-img-20260815-wa0016 image-img-20260815-wa0015 image-img-20260815-wa0017

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki