image-1786816754049-f8ba4eb774ac-23729fca-181a-45d2-929c-a6fd009f51e7backend

Azərbaycanda dəhşətli qəza baş verdi – Ölənlər var

Ucarda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Doğru.az-ın məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayonun Alpı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, qəza zamanı “Ford Transit” markalı nəqliyyat vasitəsilə “KamAZ” markalı yük maşını toqquşub.

Hadisə nəticəsində Mirzəyev Elnur Elman oğlu və kimliyi hələ məlum olmayan digər şəxs ölüb, bir neçə nəfərin xəsarət aldığı bildirilir.

Faktla bağlı araşdırma aparılır. (APA)

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki