image-ads_n1karobka_mobile
image-1779641296282-2d93fde0189d-yard-ml-da-d-h-t-ya-and-g-yd-n-buz-ya-dbackend

Azərbaycanda FƏLAKƏT: Hələ beləsi olmamışdı – ŞOK GÖRÜNTÜLƏR

Bu gün, axşam saat 20 radələrində Yardımlı rayonuna güclü dolu düşüb.

NOCOMMENT.az xəbər verir ki, cəmi bir neçə dəqiqə davam edən yağıntı zamanı dolu kristialları yerə ələnib. Yerli sakinlər bu mənzərədən heyrətləndiklərini bildirirlər.

Onların sözlərinə görə, daş parçasına bənzəyən dolu parçaları hətta insana xəsarət yetirə biləcək qədər təhlükəli imiş. Yerli sakinlər maraq üçün buz parçalarını tərəzidə çəkiblər. Fotodan göründüyü kimi, 5 dolu 44 qram! Məlumata görə, əgər yağıntı uzun müddət davam etsəydi, ciddi problemlər yarada bilərmiş.

Rayonun ayrı-ayrı hissələrinə bir neçə dəfə leysan yağışlar yağıb. Bu da kənd sakinlərinin ot biçininə ciddi problemlər yaradıb. Sakinlər bildirir ki, əgər yağıntılar bu şəkildə davam edərsə, kənd təsərrüfatı, ot biçini ilə bağlı ciddi problemlər yaranacaq. /Musavat.com/

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki